Rusiyada terrorçular öldürüldü




Rusiyanın Vladimirski vilayətinin Kolçuqino şəhərində keçirilən anti-terror əməliyyatının gedişində xüsusi təyinatlılar iki yaraqlını zərərsizləşdirib.

Bu barədə Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb.

Xüusi təyinatlı dəstə quldurların qaldığı evi mühasirəyə alaraq, giriş-çıxışlarını bağlayıb. Cinayətkarlar təslim olmaqdan imtina edərək, atəş açıb. Atışmanın gedişində hər iki yaraqlı öldürülüb.

Komitənin verdiyi məlumata görə, yaraqlılar terrorçu qruplaşmalardan birinin tərəfdarları olub və xarici kordinatorlarının təlimatı əsasında insanların kütləvi toplaşdığı yerlərdə terror aktları törətməyi planlaşdırıb. Komitə onların konkret olaraq hansı qruplaşmaya məxsus olduğunu açıqlamır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu