Hulusi Akar: "Ankara ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır"




"Ankara ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır". ONA-nın "Reuters”-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Rusiyadan "S-400" sistemlərinin və ABŞ-dan "F-35" döyüş təyyarələrinin alınması ilə bağlı Vaşinqtonla danışqlarda irəliləyişin olduğunu deyən türkiyəli nazir eyni zamanda ölkəsinin ABŞ-ın mümkün sanksiyalarına da hazır olduğunu bildirib.

Türkiyənin "F-35" layihəsi ilə bağlı bütün öhdəlikləri yerinə yetirdiyini deyən Hulusi Akar Ankaranın bu proqramın planlaşdırılıdığı kimi davam etməsini gözlədiyini vurğulayıb. Nazir bildirib ki, ABŞ-la danışıqlar hələ də davam edir.

H.Akar əlavə edib ki, Türkiyə ABŞ-ın "Rayton Co. Patriot" sisteminin satışı ilə bağlı təklifini də dəyərləndirir: 

"Ankara və Vaşinqton qiymət, texnologiyanın transferi və birgə istehsalla bağlı məsələlər üzərində işləyir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu