Əkrəm Həsənov: "Cəmiyyət gördü ki, bu insanların məqsədi sadəcə ölkədə hərc-mərclik yaratmaqdır"



"Əli Kərimli kimi radikal müxalif rəhbərləri bəzi gəncləri öz sıralarına çəkərək, müəyyən şirinikləndirici vədlər verərək onları ölkə rəhbərinə, dövlətin apardığı ardıcıl, xalqın xeyrinə hesablanmış siyasətinə qarşı çıxmağa təşviq edir”.

Bunu "Sherg.az”a açıqlamasında AMEA-nın elmi işçisi, ilahiyyatçı Əkrəm Həsənov deyib.

Ekspert bildirib ki, özlərini "lider” hesab edənlər ölkədə xaos, hərc-mərclik salmaq üçün gənclərdən istifadə edirlər. Onları Avropaya mühacirət etməyə və oradan ölkəmiz əleyhinə qarayaxma kampaniyası aparmağa sövq edirlər: 

"Xaricdən aldıqları qonorarlar bəs etməyəndə sosial şəbəkələr vasitəsi ilə cəmiyyətə mesaj ötürərək, 10 avro istəyirlər. Məhəmməd Mirzəli adlı şəxs də bu formada pul yığaraq, cəmi 100 manatı göndərərək, guya kiməsə yaxşılıq etdiyini iddia etdi. Sonra məlum oldu ki, bu da yalan imiş. Beləliklə cəmiyyət gördü ki, bu insanların məqsədi sadəcə ölkədə hərc-mərclik yaratmaqdır. Ona görə də xaricdə oturub ölkəmiz əleyhinə təbliğat aparanların bütün ittihamları fiaskoya uğradı. Bunun heç bir nəticəsinin olmadığını görən Emin Milli kimi fəallar isə səhvlərini anladılar. Şəxsən Emin Milli etdiyi səhvi başa düşüb Prezident İlham Əliyevdən üzr istədi. Bunu görən Orduxan da canlı yayıma çıxıb Prezidentdən xahiş etdi ki, onun adını çəkib ölkəyə qayıtmasına icazə versin. Digər fəallar da getdikləri yanlış yolu artıq başa düşüblər. Bəlkə düşünürlər ki, üzr istəsələr xalq onlara nifrət edəcək. Heç də belə deyil. Əslində üzr istəmək özü bir böyüklükdür və hamısı bunu etsələr ölkə rəhbəri onlara qarşı humanistlik göstərə bilər”.

Ə.Həsənov bildirib ki, baxmayaraq ki, bu fəalların çoxu həddən artıq təhqirə yol vermişdilər. Ancaq dinimizə görə ölkəyə rəhbərlik edən şəxs Allahdan və valideynlərdən sonra ən hörmətə, dəyərə sahib şəxsiyyətdir: 

"İslam alimləri dövlət başçısına olan itaətsizliyi Allaha olan itaətsizlik kimi dəyərləndiriblər. Çünki, dövlət rəhbəri ölkədə ən ali şəxsdir. Ona qarşı çıxmaq, haqqında mənfi fikir söyləmək hüquqi və mənəvi cinayət hesab edilir. Ən doğru yol ölkə rəhbərinin ətrafında sıx birləşib dövlətin gələcək inkişafı üçün var gücü ilə çalışmaqdır. Düşünürəm ki, müəyyən vaxtdan sonra hər kəs, hər bir müxalif öz səhvini anlayacaq. Ancaq gec olmadan anlasalar, onlar üçün gözəl olar. Yumruq kimi birlişərək özümüzlə deyil, düşmənlərimizlə mübarizə aparmalıyıq”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu