Hər kəs bilir ki, Mxitaryana təhlükə yoxdur: Ermənistan məqsədli şəkildə bu məsələni qabardır



"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu vaxta qədər ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Heç vaxt kiminsə təhlüksəziliyi ilə bağlı problem yaranmayıb”.

Bu sözləri "Sherg”a "Arsenal”ın erməni əsilli oyunçusu Henrix Mxitaryanın Azərbaycana səfər etməməsi ilə bağlı açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

"Mayın 29-da ölkəmizdə UEFA-nın Avropa Liqasının final oyunu keçiriləcək. Şübhəsiz ki, biz yenə idman yarışlarında iştirak etmək üçün ölkəmizə gələn qonaqları qarşılayacağıq. Azərbaycan heç vaxt idmanın, musiqinin, mədəniyyətin siyasiləşdirilməsinin tərəfdarı olmayıb. Ona görə də finalda oynayacaq komandalar məlum olandan dərhal sonra Mxitaryanın Azərbaycanda təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkəmiz rəsmi bəyənat verib. Amma çox təəssüf ki, bir sıra maraqlı dairələr Azərbaycanın ictimai reputasiyasını zədələmək üçün bu halı monipulyasiya etməyə başladılar. Həmin qüvvələr Azərbaycana qarşı anti-təbliğatlar apardılar. Bütün bunlar yolverilməzdir”.

Deputat qeyd edib ki, "Arsenal” komandasının rəhbərliyinin aldığı qərardan sonra Mxitaryanın Azərbaycana gəlməyəcəyi məlum oldu:

"Amma Ermənistan XİN bu neqativ informasiyanın qlobal informasiya dövriyyəsinə çıxarılmaması üçün addımlar atmağa başladı. Düşünürəm ki, bunlar əsassız və məqsədyönlüdür, Azərbaycanın beynəxalq nüfuzunu zədələmək üçün informasiya təxribatıdır. Çünki ölkəmiz lap əvvəldən bəyan edib ki, həmin şəxsin təhlükəsizliyinə təminat verilir. Fikrimcə, obyektiv informasiya cəmiyyəti tərəfindən baş verənlərin təxribat xarakterli olması dərk olunur. Hazırkı mərhələdə Azərbaycanın düzgün mövqeyi, aldığı qərarlar ermənilərin və onların tərəfdarlarının əleyhinə işləməsi üçün şərait yaradıb. Ölkəmiz heç nə itirməyəcək”.

Qeyd edək ki, Azərbaycan XİN-dən verilən məlumata görə, Ermənistan "Arsenal”ın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir. Ermənistan XİN-in "Arsenal” futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu