Moskva Zelenskinin yüksək reytinqindən narahatdır - "Kreml Ukraynada zəif prezidentin olmasını istəyir"



"Moskva Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin yüksək reytinqindən narahatdır. Halbuki, Zelenski deyir ki, Donbasda müharibə istəmir və əsirləri "hamının hamıya” prinsipi ilə azad etməyə hazırdır".

Sherg.az-ın xəbərinə görə, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ukraynanın yeni prezidentinin Rusiya ilə bağlı verdiyi açıqlamalara münasibət bildirərkən deyib. 

Analitik qeyd edir ki, Zelenskinin indi istədiyini, Kreml Ukraynanın keçmiş prezidenti Petro Poroşenkodan tələb edirdi: 

"Poroşenkonun yanaşması fərqli idi. Ancaq Zelenski faktiki Kremlin istəyini müzakirə etməyə hazırdır. Bu dəfə isə Kreml məsələni uzatmağa üstünlük verir. Kreml düşünür ki, Zelenski ilə əldə olunacaq razılıq yeni prezidentin Ukraynadakı mövqelərini daha da gücləndirəcək, bu isə Moskvaya lazım deyil. Kreml Ukraynada zəif prezidentin olmasını istəyir ki, bu ölkə inkişaf etməsin, dağılma təhlükəsindən qurtulmasın".

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu