Azərbaycanla əməkdaşlıq Avropa ölkələrinin marağındadır - Politoloq



"Dövlət başçısının Brüsselə səfəri uğurlu oldu. Bu görüş ölkəmiz üçün müsbət dəyişikliklər vəd edir”. Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Firuzə Hüseyn deyib.

Gənc politoloq bildirib ki, əgər biz Avropa İttifaqı ilə saziş imzalasaq, bu anlaşma regionda bizi güc sahibi edəcək: 

"Həm də bu saziş Qarabağ konfliktinin həlli barədə irəliləyiş deməkdir. Elə bu səbəbdən Ermənistan və onun himayədarları indidən təşvişə düşüblər. Ancaq qeyd edim ki, Azərbaycanla əməkdaşlıq Avropa ölkələrinin marağındadır. Heç bir iddia onlar üçün bəhanə sayılmayacaq. Digər tərəfdən ölkəmiz inkişafa gedən yolda çox uğurlu addımlar atıb. Bu da o deməkdir ki, inkişafa meyilli bir ölkə iqtisadi cəhətdən çökmüş ölkənin boş ittihamlarına görə kənarda qalmayacaq”.

Analitikin sözlərinə görə, Brüssel danışıqları Azərbaycanla Belçika arasında münasibətləri daha da gücləndirəcək: 

"Heç bir hal bizim Qərbə inteqrasiya olmağımıza maneə törətməyəcək. Beynəlxalq müstəvidə düşmən tərəfi dəlillərlə fakt qarşısında qoyaraq onların saxta təbliğatını uçuruma yuvarladacağıq. Əmin olun, bunlar elə də uzaq gələcəyə aid deyil”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu