Ulduz futbolçu Məsut Özildən çağırış: "Bakıda görüşənədək"



"Arsenal"ın türk əsilli futbolçusu Məsut Özil Tvitter hesabında Avropa Liqasının Bakıda keçiriləcək final mərhələsi haqqında paylaşım edib. 

Sherg.az-ın xəbərinə görə Özil, "Bakıdakı böyük finala 7 gün qaldı. Azərbaycanlı qardaşlarım! Biz bunu etdik - finaldayıq. Bakıda görüşənədək" qeydini bir neçə haştaqla paylaşıb. 

Futbolçu bununla bütün azarkeşləri Bakıda böyük finalı izləməyə dəvət edib. 

Özil paylaşımı Bakıda çəkdirdiyi şəkillərlə edib. 

Qeyd edək ki, bundan əvvəl "Arsenal” komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfinin ən yüksək səviyyədə təhlükəsizlik zəmanətinə baxmayaraq , müxtəlif bəhanələr gətirərək, Bakıya gəlməkdən imtina edib. Azərbaycan tərəfi bu bəhanələrə qarşı dəfələrlə yüksək səviyyədə təhlükəsizliyin təmin ediləcəyini bildirib.

Hətta, məsələ ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Sky Sport News” nəşrinə verdiyi müsahibədə Mxitaryanı məsələni siyasiləşdirməməyə və Bakıya gəlib oyununu oynamağa dəvət edib.

"Bu, mötəbər bir idman yarışıdır. Əgər bunun ətrafında siyasi oyunların oynanılması qarşıya məqsəd qoyulubsa, başqa məsələ. Amma sən siyasətçi deyilsən, pulu da sənə top qovmağına görə verirlər, ona görə gəl, bütün qalan məsələləri kənara ataq”, - deyə azərbaycanlı səfir bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu