Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü




Bakıda qadın qonaq getdiyi evdən itkin düşüb.

Sherg.az "Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Kərimova Vüsalə Əli qızı mayın 17-də Bakıya, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 27, mənzil 24-də yaşayan qohumugilə qonaq gəlib.

V.Kərimova mayın 19-da səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu