Rus hərbi bazasına hücum olub

"Bütün raketlər vaxtında Rusiya raket əleyhinə müdafiə sistemləri tərəfindən aşkarlanıb və məhv edilib"

 
Suriyada terrorçular Rusiyaya məxsus Xmeymim aviabazası istiqamətinə dörd raket atıblar. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bütün raketlər vaxtında Rusiya raket əleyhinə müdafiə sistemləri tərəfindən aşkarlanıb və məhv edilib. Rusiya Kosmik Qüvvələrinin dəqiq zərbəsi ilə İdlib regionunda terrorçuların işəsalma qurğusu da məhv edilib" - deyə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gün də Suriyada terrorçular Rusiya bazası istiqamətində 17 raket atıblar.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu