Nazirlik Milli Parklara direktor AXTARIR




Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir.

Bu barədə "Sgerg.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər.

Namizədlərin seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər sahəvi biliklər, idarəetmə bacarığı, ümumi dünya görüşü, kollektivlə iş bacarığı, sahə üzrə beynəlxalq bilik və iş təcrübəsi, natiqlik, kompyuter bilikləri meyarları üzrə qiymətləndiriləcək. Təbiət elmləri üzrə elmi dərəcəsi olanlara üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi və tərcümeyi hal) 2019-cu ilin 31 may tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir.

Müraciət etmək istəyənlər Nazirliyin internet səhifəsinin (eco.gov.az) elanlar bölməsindən və ya (012) 538-84-89 nömrəli telefonla əlaqə saxlamaqla daha ətraflı məlumat ala bilərlər.

Bildirək ki, ölkədə 9 Milli Park (Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı, Samur-Yalama Milli Parkı) var.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu