“Amnesty İnternational” şəxsi maraqları naminə yanlış informasiya yayır” - Fond rəhbəri





"Amnesty İnternational” təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib. Təşkilat bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib.

Məlumdur ki, Amnisty İnternational təşkilatı korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb. Təşkilat ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir.

Baş verənləri "Sherg.az”a dəyərləndirən Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, mühüm və etibarlı fəaliyyəti həyata keçirən qurumlar bir çox hallarda bu tipli bəyanatlarla öz missiyalarına kölgə salırlar.

Onun sözlərinə görə, "Amnesty İnternational”da onlara daxil olan informasiya mənbələrinin etibarlılığını yoxlamır:

"Çünki onlara gələn informasiya mənbələrinin özü etibarsızdır. Belə təşkilatlar bir çox hallarda şəxsi maraqları naminə yanlış informasiya yayırlar. Yaxud da hansısa iqtisadi maliyyə qruplarının maraqlarına uyğun olaraq fəaliyyət göstərirlər. Təəssüf ki, bəzi hallarda insan hüquqları ilə məşğul olan təşkilatlar bu halı nəzərə almırlar.

Neçə illərdir ki, qlobal yarışlarla bağlı Azərbaycana olan münasibətdə böyük kampaniyalar başlanılır. "Arsenal” və "Çelsi” oyunu təbii ki, mühüm yarışdır. Əvvəlki illərdə qonşu ölkələrdə də bu tipli tədbirlər həyata keçirilib. Həmin ölkələrdə də insan hüquq və azadlıqları ilə bağlı problemlər olurdu. Belə hallar təbii məsələdir. Sadəcə olaraq, bu kütləvi xarakter daşımır”.

Ə.Nuriyev qeyd edib ki, bütün bunlar bəzi hallarda ayrı-ayrı məmurların özbaşınalığı nəticəsində baş verən proseslərdir:

"Son illər Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı nə qədər mühüm addımlar atılıb. Ölkə başçısı tərəfindən cəzanın humanistləşdirilməsi ilə bağlı 2017-ci il, 10 fevral tarixində sərəncam imzalanıb. Bu sərəncam nəticəsinə bir çox cinayət əməlləri dekriminallaşdırıldı. Nəticədə 9 min şəxsin cəzası azaldıldı. Bütün bunlar ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərdir. Ona görə də belə bəyanatlar müəyyən qədər məyusluq hissi doğurur. Buna baxmayaraq biz insan hüquq və azadlıqlarının qorunması istiqamətində addımlarımızı daha da genişləndirməliyik. Belə təşkilatların nə deməsindən asılı olmayaraq öz prioritetlərimizə uyğun olaraq fəaliyyətimizi davam etdirməliyik”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu