Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürüb





Ermənistan silahlı qüvvələrinin nəzarət etdikləri Azərbaycan torpaqlarında törətdikləri alovu yağmurlu hava söndürüb.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçilər havanın küləkli olmasını fürsət bilərək Şıxlar kəndi ərazisində yanğın törətməyə cəhd ediblər.
Alovun genişlənərək qoşunların qarşıdurma xəttini və ya Ağdamın cəbhəyanı yaşayış məntəqələrini keçməsinin qarşısı isə yağışlı hava şəraiti nəticəsində alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu