"Qaynar xətt"ə həyəcan siqnalı daxil olub



Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 "qaynar xətt"inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu