Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib





Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) gücləndirilmiş iş rejiminə keçib.

"Sherg.az"ın xəbərinə görə, bunu bu gün keçirilən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, qurum mayın 20-dən 30-dək gücləndirilmiş rejimdə çalışacaq: "Martın 19-da koordinasiya şurası yaradılıb. 

Şuraya Bakı Nəqliyyat Agentliyi rəhbərlik edir. Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün 12 məntəqədə 450-yə yaxın avtobus fəaliyyət göstərəcək".

O qeyd edib ki, Bakı Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu