Azərbaycan final oyununa hazırlaşır – İspan mətbuatından ədalətli yazı + SORĞU






UEFA Avropa Liqasının « Arsenal » və « Çelsi » arasındakı final oyunu may ayının 29-da Bakıda baş tutacaq.

« Sherg.az» İspaniyanın «Marca.com » saytının bu oyunla bağlı hazırladığı yazını təqdim edir. Bakıda sakinlər arasında sorğu keçirən sayt yazır ki, Azərbaycanda fəaliyyət göstərən Oxu.az saytı digital media baş redaktoru Elvin Şironov oyunla bağlı bunları ərz edib :

"Futbol Azərbaycanda əsas heab olunan idman növlərindən biridir. Düzdü, futbol ölkəmizdə döyüş növləri və ya şahmat qədər inkişaf etməyib. Bu sahədə döyüş növləri və şahmatda əldə etdiyimiz uğurlar qədər nailiyyətlər əldə etməsək də Azərbaycan vətəndaşlarının futbola çox böyük marağı var ».

Sorğuda iştirak edən digər Azərbaycan vətəndaşı Səbuhi qeyd edib ki, Qərbi Avropa ilə Azərbaycan arasındakı məsafənin uzaqlığına baxmayaraq azərbaycanlılar Rusiya ilə müqayisədə daha çox Avropa İttifaqına meyl edir: 

"UEFA Avropa Liqasının « Arsenal » və « Çelsi » arasındakı oyununun Bakıda baş tutması Azərbaycan mədəniyyəti, incəsənəti və tarixini əcnəbilərə nümayiş etdirmək üçün bir fürsətdir".

Olimpiya stadionunda finalın təşkilinin rəhbəri Cavid Məmmədli diqqətə çatdırıb ki, Azərbaycan bu oyunun təşkilini tam təmin edib və oyuna hazırdır :

"Son illərdə « Eurovision », ilk Avropa Oyunları, « Formula 1 Grand Prix, qadınların « U17 Dünya Kuboku »nu təşkil etmişik. Və gələn il dörddəbir final daxil olmaqla dörd Avro 2020 oyununu keçirəcəyik. Ancaq Bakıda keçiriləcək final oyunu ilə bağlı müəyyən mübahisəli məqamlar və həqiqəti əks etdirməyən fikirlər səsləndirildi. 

Əvvəlcə 6 min bilet çatışmazlığı yarandı. İndi də «Arsenal »ın erməni əsilli oyunçusu Henrix Mxiteryanın finala çıxmaqdan imtina etməsi məsələsi gündəmə gəldi. Bakının bu təşkilatçılığına, müfəssəl işinə kölgə salmaq istəyənlər var. Amma biletlərin idarə edilməsi UEFA-nın məsuliyyətidir və o məsuliyyət daşıyır. Bundan başqa idmançıların təhlükəsizliyini təmin etdiyimizi dəfələrlə bəyan etmişik. Amma Bakıya gəlməmək Mxiteryanın öz qərarıdır. O artıq qərarını verib ».

O, sonda qeyd edib ki, bu oyun Azərbaycan futbolunda yeni üfüqlər açacaq.

Tərcümə etdi : Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu