İraqda üç fransız ölüm cəzasına məhkum edilib




Bu gün İraqda İŞİD terror qruplaşmasının üzvü olan üç fransız ölüm cəzasına məhkum edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kevin Qono, Leonard Lopez və Səlim Maçu adlı bu şəxslər Suriyada İŞİD-ə qarşı əməliyyatların gedişində tutulmuşdular. Onlar daha 9 fransızla birlikdə fevral ayında İraqa göndərilmişdi.

Mühakimə olunanların məhkəmə hökmündən apelyasiya şikayəti vermək üçün 30 gün vaxtları var.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu