Turanın tapıntısı alimləri ŞOKA SALDI - FOTO




Türkiyənin Adıyaman şəhərinin Gərgər qəsəbəsində çobanlıq edən 38 yaşlı Turan Cingöz aşkar etdiyi tapıntı ilə alimləri şoka salıb.

 Çoban heyvanları örüşə apardığı zaman qayalıqların arasında yumurta boyda fərqli nəsnələr görüb.

O, tapıntının fotosunu çəkib və sosial media hesabında paylaşıb. Bu fotolar Adıyaman Muzey Müdirliyinin işçisinin diqqətini çəkib. Nəticədə məlum olub ki, tapıntılar adi daşlar deyil, 85 milyon illik dəniz şabalıdının fosilləridir.

Fosillər muzey işçiləri tərəfindən götürülüb və analiz üçün mütəxəssislərə həvalə edilib. (publika.az)

Paylaş

Bizi Facebookda izləyin
menu
menu