Donald Tramp: "İranda rejimi dəyişməyə cəhd göstərmirik"




"İranda rejimi dəyişməyə cəhd etmirik, biz onların nüvə silahına malik olmamalarına çalışırıq”.

"Report” "Associated Press”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mayın 27-də Tokioda Yaponiyanın baş naziri Sinzo Abe ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Bir müddət əvvəl ABŞ prezident bildirmişdi ki, İran ABŞ-la danışıqlar aparmaq niyyətində olsa, Vaşinqton bu təklifi müsbət qarşılayacaq.

İranın xarici işlər naziri Cavad Zərif isə qeyd edib ki, Tehran müharibə istəmir və ABŞ-la silahlı münaqişədən yayınmaq olar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu