“Amnesty İnternational” rüşvətxor və cinayətkar bir qurumdur”





"Amnesty İnternational” təşkilatı Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini pisləyib. Təşkilat bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib.

Məlumdur ki, "Amnesty İnternational” təşkilatı korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb. Təşkilat ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir.

Təşkilatın bəyənatı ilə bağlı "Sherg.az”a danışan millət vəkili Elman Məmmədov bildirib ki, "Amnesty İnternational” təşkilatı son illər Azərbaycanda olan bütün beynəlxalq və qlobal tədbirlər haqqında ancaq şər, böhtan, çirkab xarakterli məlumatlar yaymaqla məşğuldur:

"Çünki təşkilat özü rüşvətxor və cinayətkar bir qurumdur. Verilən pullar və rüşvətlər nəticəsində həmin təşkilat müəyyən sifarişlər götürür. Belə bir atalar sözü var: "it hürər, karvan keçər”. Karvan keçib gedir. Biz artıq belə hadisələrə çox öyrəşmişik. 

Yalnız Amnesty İnternational təşkilatı deyil, onlarla bərabər bir neçə təşkilatlar var ki, Azərbaycandakı inkişafı gözü götürmür və ölkəmizə qarşı düşmən mövqe tuturlar. Onlar kimlərinsə sifarişi ilə yanlış bəyənatlar yayırlar. Lakin ölkəmiz yüksək səviyyədə keçirdiyi tədbirlərlə, uğurlu nəticələrlə hər zaman belə təşkilatların üzünə tüpürür. Guya bu təşkilatlar sərsəm açıqlama verməklə nə əldə edirlər? 

Onlar Azərbaycanın nüfuzunu aşağı salmaq istəyirlər, ölkəmizdə ehtimadsız mühit yaratmaq istəyirlər. Amma bu istəklərinin əksi alınır. Azərbaycanın nüfuzu günü-gündən bütün sahələrdə artır, dövlətimiz inkişaf edir, möhkəmlənir. Azərbaycan beynəxalq tədbirlərin keçirildiyi 3-5 yüksək nəticə əldə edən dövlətlərdən biridir. Bu göstəricilər göz qabağındadır. Amnesty İnternational və yaxud onlar kimi digər qurumlar nə etsələr də istəklərinə nail olmayacaqlar”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu