“Son 3-4 ildə ətin qiyməti 40 faizə qədər bahalaşıb” – Səbəblər sadalandı





Son günlər ölkəmizdə ətin qiymətində bahalaşma müşahidə olunur. Cari ilin yanvar-aprel aylarında Azərbaycana 23 milyon 796,57 min ABŞ dolları dəyərində ət idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu göstərici ötən ilin eyni dövrü (19 milyon 357,37 min dollar) ilə müqayisədə 22,93 faiz çoxdur.

Ətin bahalaşmasına səbəb olan amillərlə bağlı "Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, əslində bu bahalaşma bir neçə ildir, davam edir:

"Təqribən 2016-cı ildən qiymətlərdə bahalaşma müşahidə olundu. Sadəcə, çox kiçik rəqəmlər olduğu üçün bahalaşma birdən-birə nəzərə çarpmırdı deyə, 2016-cı ilin qiymətləri ilə müqayisədə kifayət qədər ciddi fərqlər yaranıb. 

Son 3-4 ildə ət satışında qiymətin 40 faizə qədər artdığını görürük. Bahalaşmanın əsas səbəblərindən biri heyvandarlıqla məşğul olan bölgələrdə texniki bitkilərin az əkilməsidir. Yonca və digər bitkilərin əkilməsinin azalması yemin bahalaşmasına səbəb oldu. 

Bu da dolayısı ilə ətin bahalaşmasına şərait yaratdı. Son iki ildə ölkəmizə ət idxalı təqribən 50 faizdən çox artıb. Bütün bunlara baxmayaraq Azərbaycanda ətin qiymətinin qalxması onu sübut edir ki, örüş yerlərinin və yem bazasının azalması kifayət qədər ciddi problemdir. Bu problemin olması ətin qiymətinin qalxmasında əsas rol oynayır”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu