““Arsenal” ucuz malı - Mxitaryanı baha qiymətə satmaq istəyir”

"Reallıq odur ki, bir futbolçu özü və komandası üçün bu qədər önəmli final oyununda oynamaqdan imtina etdi"
"Məhz ona görə də, “Arsenal” yarıtmaz bir oyunçudan qurtulmaq və onu dəyərindən baha qiymətə başqa kluba satmağa çalışır"




"Ölkəmizdə keçiriləcək mühüm tədbirlər ərəfəsində dəfələrlə anti-Azərbaycan kampaniyalara məruz qalmışıq”.

Bunu "Sherg.az”a açıqlamasında beynəlxalq hüquq və münasibətlər üzrə ekspert, Gənc Demokratlar İnstitutunun təsisçisi Yeganə Hacıyeva deyib.

Analitik bildirib ki, hər zaman ölkəmizdə keçirilən qlobal tədbirlər, idman yarışları öncəsi qərəzli dairələrin qara piar kampaniyalarını müşahidə etmişik:

"Artıq onlarla necə mübarizə aparmağımızla bağlı təcrübəmiz mövcuddur. Məsələ ondadır ki, "Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryan UEFA liqasının final oyununda idmançıdan daha çox millətçi siyasətçi mövqeyini sərgilədi. Əslində, bunu Mxitaryanın şəxsi yanaşması kimi qəbul etmək olardı. Amma Ermənistan XİN-in bəyanatından sonra aydın oldu ki, bu ajiotaj eyni dairədən idarə olunan və konkret İrəvan hökumətinin dirijorluğu ilə həyata keçirilən bir kampaniyadır. Şübhəsiz, burada başqa dairələrin də rolu var.

Məsələ ondadır ki, idman yarışları həm də böyük pullar və reklam deməkdir. İdman yarışları keçirildiyi ölkələrə ciddi ölçüdə maliyyə və məşhurluq gətirir. Ancaq bununla yanaşı hazırda üzləşdiyimiz süni maneələr, fəsadlar da ortaya çıxır. Əlbəttə, biz bütün bunlara hazırıq”.

Politoloq "Arsenal” klubunun Mxitaryanı satmaq istəməsində diqqət çəkərək bir məqamı vurğulayıb:

"Mxitaryanın necə bir mövqe sərgiləməsindən və klubla bağlı hansısa reklam kampaniyasını təşkil etməsindən asılı olmayaraq, ortada danılmaz reallıq var. Reallıq odur ki, bir futbolçu özü və komandası üçün bu qədər önəmli final oyununda oynamaqdan imtina etdi.

Xatırladım ki, bundan öncə də Mxitaryan "Qarabağ” klubu ilə oyunda belə yanaşma sərgiləmişdi. İndiki məqamda "Arsenal”ın erməni futbolçudan canını qutarmaq istəyi və ucuz malı baha qiymətə satmaq niyyəti anlaşılandır. Klubun erməni futbolçu ilə bağlı canfəşanlığının arxasında yarıtmaz bir oyunçudan qurtulmaq və onu dəyərindən baha qiymətə başqa kluba satmaq dayanır”.

Siyasi şərhçi Mxitaryanla paralel gündəmə gətirilən digər məsələlərdən də söz açıb:

"Azərbaycana təyyarə biletlərinin və ölkəmizdəki otellərin baha olması ilə bağlı kampaniya başladıldı. Məlumdur ki, Bakıda hər cür qiymətə otellər mövcuddur. Eyni zamanda ölkəmizə həyata keçirilən uçuşları müxtəlif qiymətlərə təklif edən şirkətlər də var. Kimsə Azərbaycana 75-90 avroya, yaxud xidmət şərtlərinə görə paralel olaraq 400 avroya da gələ bilər. Bu, idman azarkeşinin öz seçimi ilə bağlı məsələdir. Üç-dörd ay öncədən final oyununun Bakıda keçiriləcəyi məlum idi. Aşağı qiymətə bilet almaq istəyənlər bunu aylar öncə rahatlıqla həyata keçirə bilərdilər. Ancaq məsələ başqadır. Ümumiyyətlə, "Arsenal” klubu qalmaqallı komandadır. Bu klubun azarkeşləri müxtəlif ölkələrdə bir neçə dəfə qarşıdurma yaradıblar. Ona görə də əvvəlki illərdən fərqli olaraq bu dəfə azarkeşlərin səfərləri üçün ayrılan maliyyə yardımı kəsilib. Nəticədə müəyyən narazılıqlar və problemlər yaranıb. Belə şəraitdə Azərbaycanın hədəf göstərilməsi qətiyyən doğru deyil”.

Y.Hacıyevanın sözlərinə görə, istənilən anti-reklam həm də reklam deməkdir:

"Neçə gündür, dünya mediası Azərbaycanla bağlı məsələni işıqlandırmaqdadır. Kimin nə deməsindən asılı olmayaraq, ölkəmizə minlərlə azarkeş gəlib. Hətta Rusiyada yaşayan bacı-qardaş iki erməni idmançı da Azərbaycandadır. Oyun günü bütün reallıq ortaya çıxacaq və Bakıda keçirilən final yarışı əsl bayram əhval-ruhiyyəsində baş tutacaq. Biz cəmiyyət olaraq informasiya müharibəsində manipulyasiyaya məruz qaldıq. Təəssüf ki, içimizdən də buna dəstək verən simalar oldu. Xədicə İsmayılın mesajı ilə Ermənistanın XİN-in mesajı üst-üstə düşdü. Əslində bu mesajlar iki fərqli dairədən idarə olunur. Birincisi siyasi idi ki, Ermənistan XİN bununla bağlı mövqeyini ortaya qoydu. İkincisi isə iqtisadi lobbi dairələridir. Azərbaycana turist axını, otellərin tutulması iqtisadi dairələrin narahatlığına səbəb olur”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu