“Erməni lobbisinin Mxitaryan təxribatı baş tutmadı”

““Arsenal” klubu Azərbaycana gəldi və oyunçuları da sosial şəbəkələrdə Bakını təbliğ edən paylaşımlar etdilər. Erməni lobbisinin ölkəmizi gözdən salmaq, final oyununun təbliğatına mane olmaq cəhdləri nəticə vermədi&#



"Azərbaycan müxtəlif vaxtlarda özünə qarşı bu cür ikili standartlara məruz qalıb. Artıq bununla bağlı bizdə immunitet formalaşıb. Xalqımız yaxşı bilir ki, mühüm tədbirlər öncəsi bu tipli qərəzli qüvvələr dərhal işə başlayırlar”.

Bunu "Sherg.az”a açıqlamasında "İslahatçı Gənclər” İctimai birliyinin sədri Fərid Şahbazlı deyib.

Təşkilat rəhbəri bildirib ki, Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, idman və musuqi yarışmaları zamanı ölkəmizə qarşı çoxsaylı və müxtəlif hücumların şahidi olmuşuq:

"Bu hücumların mahiyyətində Azərbaycanın müstəqil xarici siyasətini, milli maraqlara xidmət edən kursunu qəbul etməmək və uğurlarımızı həzm edə bilməmək dayanır. "Arsenal”ın erməni oyunçusu Mxitaryanla bağlı yaranmış məsələ bunun bir örnəyidir. Dünyadakı erməni lobbisi Azərbaycanın, Bakının mühüm bir idman yarışına ev sahibliyi etməsini həzm edə bilmir. Hansısa formada qalmaqal yaratmaq, Azərbaycanın dünyadakı imicini zədələmək yolunu seçir. Əslində onlar da əmin idilər ki, erməni futbolçu Mxitaryanın Bakıya gəlməsi halında onu təhlükə gözləmir. Çünki Azərbaycan bundan öncə də nüfuzlu beynəlxalq idman və musuqi yarışlarına, siyasi və iqtisadi tədbirlərə ev sahibliyi edib. Hətta Ermənistandan olan siyasətçilər, deputatlar Azərbaycana gəliblər və heç bir təhlükə ilə qarşılaşmayıblar. Əksinə bir çoxları Azərbaycandakı ictimai təhlükəsizlik şəraitindən razılıqlarını bildiriblər. Belə olan halda onlar Azərbaycanla bağlı qalmaqal yarada bilməyəcəklərini bilirdilər. Ona görə də Mxitaryanı öz əməllərinə alət edərək onun təxribat xarakterli bəyanat verməsinə səbəb oldular. Bununla heç olmasa yarımçıq formada da olsa Bakı ilə bağlı mənfi imic yaratmağa çalışdılar”.

F.Şahbazlı bu cəhdlərin digərləri kimi uğursuz olduğunu söyləyib:

""Arsenal” klubu Azərbaycana gəldi və oyunçuları da sosial şəbəkələrdə Bakını təbliğ edən paylaşımlar etdilər. Yəni, erməni lobbisinin Azərbaycanı gözdən salmaq, final oyununun təbliğatına mane olmaq cəhdləri nəticə vermədi. Əvvəldən planlanmış bir oyunun tərkib hissəsi olan Mxitaryan təxribatı baş tutmadı, çünki Azərbaycan sabitlik ölkəsi kimi tanınır. Ötən gün Azərbaycanda keçirilən gimnastika yarışında bacı-qardaş erməni idmançılar da iştirak edirdilər. Onlar mətbuata açıqlamalarında ölkəmizdəki şəraitdən, təhlükəsizlikdən və qonaqpərvərlikdən son dərəcə razılıq ifadə etdilər”.

İsmayıl



Paylaş

Bizi Facebookda izləyin
menu
menu