İsmayıllının Lahıc qəsəbəsi bir sənədli fransız filmində... - VİDEO





Fransız və alman dilində yayımlanan "ARTE 7” sənədli filmlər kanalı İsmayıllının Lahıc kəndindən olan Tapdıq Hüseynlinin Avropa inəklərinə olan "sevgisi" haqqında sənədli film çəkib.

Fransız və alman dilində yayımlanan "ARTE 7” sənədli filmlər kanalı İsmayıllının Lahıc kəndindən olan Tapdıq Hüseynlinin Avropa inəklərinə olan "sevgisi" haqqında sənədli film çəkib.

"Sherg.az” "arte.tv/fr”ə istinadən xəbər verir ki, həmin filmlə bağlı sosial mediada paylaşılan videoda 1 dəqiqəlik hissə təqdim olunur.

Videodan da göründüyü kimi, lahıclı Tapdıq Hüseynli Avropa ölkələrindən birinə telefon açaraq Avropadan süd inəyi almaq istədyini bəyan edir.

Bundan sonra həmin şəxs xəyalını həyata keçirir. O Azərbaycandakı dağ kəndinə Avropa süd inəyi gətizdiri. Yeni gətirilmiş bu inəyə "Maddona” adı verilir. Lakin bu inək müəyyən xəstəliklər yaradır. İnəkdən sağılan zəhərli süd xəstəlik yayır.


Həyat yoldaşı bu heyvanın müalicəsinə istəksiz yanaşsa belə T.Hüseynli ümidini itirmir.

Bu sənədəli filmdə "Maddona” adlı inək müasirləliklə ənənənin, keçmişlə, indinin, qərblə şərqin parçalanması haqqında bir metafor rolunu oynayır.
 Qeyd edək ki, film 2015-ci ildə Almaniyada çəkilib.


Tərcümə etdi: Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu