Deputatdan sərt reaksiya: “Xədicə Azərbaycan cəmiyyətinin ciddi qınağına məruz qalmalıdır”

“Ramil Səfərovu nə üçün bu həddə çatdırıblar? Səbəbləri bilmədən nəticələr üzərində bu cür yaramaz sözlər işlətmək Xədicə İsmayılovanın mahiyyətini, dünyagörüşünü, iç dünyasını nümayiş etdirir"



"Biri Azərbaycanın dəyərlərini təhqir edirsə, onun bayrağına həqarətlə yanaşırsa, xalqımızı təhqir edib, onu min cür şərəfsiz sözlərlə aşağılamağa çalışırsa, orada Ramil Səfərov deyil, damarından azərbaycanlı qanı axan istənilən vətənpərvər adam özünü başqa cür apara bilməzdi”




Ötənlərdə araşdırmaçı jurnalist Xədicə İsmayılın polkovnik-leytenant Ramil Səfərov barədə paylaşdığı status böyük hiddətə səbəb olub. O, 2004-cü ildə Macarıstanda Azərbaycan bayrağını təhqir etdiyi üçün erməni zabiti Qurqen Markaryanı öldürən Ramil Səfərovun biabırçı cinayət törətdiyini bildirib.

Xədicə İsmayıla Norveçdə yaşayan yazıçı Günel Mövlud da qoşulub. G. Mövlud bir az da irəli gedərək, həm Ramili, həm milli qəhrəman Mübariz İbrahimovu təhqir edib.

Baş verənlərlə bağlı fikirlərini "Sherg.az”la bölüşən millət vəkili Fəzail Ağamalı olduqca sərt mövqe sərgiləyib:

"Xədicə İsmayılovanın mövqeyi hər kəsə bəllidir. Onun fəaliyyəti anti-Azərbaycan mövqeyini birmənalı şəkildə özündə ifadə edir. Azərbaycan dövlətinin, xalqının, maraqlarının üzərinə getmək onun fəaliyyətinin başlıca prinsipidir. Bu fəaliyyət prinsipinə görə, o, anti-Azərbaycan qüvvələrin içərisində yer alıb. Bunlar Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ələ alınan, erməni diasporunun maliyyəsi hesabına həyatlarını yüksək səviyyədə quran şarlatanlardır. Bu cür adamlar insan deyillər, onlar iblisdirlər. Necə ola bilər ki, Azərbaycanın 20 faiz torpağını işğal edən, Xocalı soyqırımı kimi dəhşətli faciəni törədən ermənilərin yanında yer alaraq, Ramil Səfərovun üzərinə gedəsən?

Ramil Səfərov Cəbrayıldandır, onun nəslindən onlarla insan qırılıb, bu faciələr gözünün qarşısında baş verib. Həmin hadisələr onun qan yaddaşına yazılıb, uşaq vaxtından psixoloji travma alıb. Biri Azərbaycanın dəyərlərini təhqir edirsə, onun bayrağına həqarətlə yanaşırsa, xalqımızı təhqir edib, onu min cür şərəfsiz sözlərlə aşağılamağa çalışırsa, orada Ramil Səfərov deyil, damarından azərbaycanlı qanı axan istənilən vətənpərvər adam özünü başqa cür apara bilməzdi.

Ramil Səfərovu nə üçün bu həddə çatdırıblar? Səbəbləri bilmədən nəticələr üzərində bu cür yaramaz, şərəfsiz sözlər işlətmək faktiki olaraq Xədicə İsmayılovanın mahiyyətini, onun dünyagörüşünü, iç dünyasını nümayiş etdirir. 

O, psixoloji cəhətdən erməniləşmiş bir insandır. Onun Azərbaycana heç bir bağlılığı yoxdur. Yaxşı olardı ki, Xədicə adını saxlayıb, soyadını Akopyan etsin. O, Azərbaycan cəmiyyətinin ciddi qınağına məruz qalmalıdır. Xədicə İsmayılova səviyyəsinə uyğun olan sözlərlə hədəfə alınmalıdır”.

Deputat prezident İlham Əliyevin Ramil Səfərovu əfv etməsindən də söz açdı:

"Ölkə prezidenti hər zaman olduğu kimi, Ramil Səfərovun məsələsində də öz vətəndaşına sahib çıxmaq kimi yüksək keyfiyyətlərini nümayiş etdirdi. Onun Macarıstandan Azərbaycana gətirilməsini və prezidentimizin fərmanı ilə əfv olunmasını hər kəs yaxşı xatırlayır. Bu qərar Ermənistanda çox dərin psixoloji böhran yaratmışdı. 

Onlara bu baxımdan çox ciddi zərbə vuruldu. Ermənilər sarsıntı içərisində nə edəcəklərini bilmədilər. Bu, İlham Əliyevin vətəndaşına, hərbçilərimizə verdiyi dəyər idi. Bunu Xədicə İsmayılova kimilər başa düşmək gücündə və imkanında deyil”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu