Musa Yaqub “Xalq şairi” fəxri adından DANIŞDI – Kövrək notlar






Ölkə başçısı İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayıb.

Tanınmış şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub "Xalq şairi” fəxri adına layiq görülüblər.

Biz də "Sherg.az” olaraq şairi təbrik etmək məqsədilə Musa Yaqubla əlaqə saxlayıb təəssüratlarını öyrəndik. Şair xəstəxanadan evə yeni buraxıldığı üçün özünü yaxşı hiss etməsə də, sualımızı cavablandırdı:

"Xəbəri eşidəndə çox sevindim, hətta kövrəldim də. Çoxdan gözləyirdim bu adı. Mükafat üçün Prezidentə təşəkkürlərimi bildirirəm. Amma bir az xəstəyəm deyə rayondakı tədbirdə iştirak edə bilmədim”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu