UEFA prezidenti: “Bakıdakı azarkeşlər canlı futbol görmək istəklərində haqlı deyillərmi?!”





UEFA prezidenti Aleksandr Çeferin "Der Şpigel” nəşrinə müsahibə verib.

"Sherg.az”ın xəbərinə görə, o, müsaibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb.

A.Çeferin qeyd edib ki, Azərbaycanda yaşayan insanlar futbolu sevirlər:

"Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəklərində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu, populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”.

UEFA prezidenti onu da diqqətə çatdırıb ki, əlbəttə, Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən, finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.

Çeferi erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə də toxunub:

"Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Amma gəlməmək oyunçunun öz qərarı idi”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu