Abdulla Sami: Bakıda gördüklərim məni heyran etdi





Mən Çelsi klubunun azarkeşiyəm. İraqdan Bakıya Avropa Liqasının final qarşılaşmasını izləmək üçün gəlmişəm. Bakıda gördüklərim məni heyran etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn "Çelsi” klubunun azarkeşi Abdulla Sami bildirib.

O deyib: "Bakı bu möhtəşəm final oyununa ciddi hazırlaşıb. Bunu azarkeşlər üçün yaradılan şəraitdən də görmək mümkündür. Bakıda turistlər üçün hər cür şərait yaradılıb, bütün təhlükəsizlik tədbirləri görülüb”.

Bakı ilə bağlı təəssüratlarını bölüşən iraqlı azarkeş Xəzər dənizinin gözəl mənzərəsini, tarixi abidələrlə zəngin İçərişəhəri xüsusi qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu