"Arsenal"ın Bakıda Avropa Liqasının finalı öncəsi açıq məşqi olub - FOTO




İngiltərənin "Arsenal" futbol klubunun Bakı Olimpiya Stadionunda açıq məşqi olub.

ONA-nın məlumatına görə, "Çelsi" ilə Avropa Liqasının final matçı üçün hazırlıq prosesində 24 futbolçu iştirak edib.

Mayın 25-dən paytaxtımızda olan "topçular"ın oyun öncəsi son məşqi 1 saat davam edib. KİV nümayəndələri hazırlığı sonadək izləyiblər.

Qeyd edək ki, Avropa Liqasının finalı sabah paytaxtımızda olacaq. "Çelsi" və "Arsenal" arasındakı həlledici oyun saat 23:00-da başlayacaq.




Paylaş

Bizi Facebookda izləyin
menu
menu