"Mxitaryan belə qorxursa, özünə pampers alsın” - Andrey Kançelskis




SSRİ və Rusiya millisinin sabiq futbolçusu, hazırda Özbəkistanın "Novbahor” klubunun baş məşqçisi olan Andrey Kançelskis İngiltərənin "Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın bütün təhlükəsizlik təminatlarına baxmayaraq, Avropa Liqasının Bakıda keçirilən final oyununa gəlməkdən imtinasına münasibət bildirib.

ONA -nın məlumatına görə, olan 50 yaşlı mütəxəssis "Rusfootball.info”ya müsahibəsində erməni futbolçunun addımını qorxaq adlandırıb: "Mən bunu başa düşə bilmirəm. Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan - get və oyna. Bu, nə sayıqlamadır? Sadəcə gülməlidir. Sanki təlxək şousudur. 

Futbol futboldur, siyasət siyasətdir. Get və oyna, göstər ki, heç kimdən qorxmursan. Ümumiyyətlə, orda sənə nə edəcəklər? Azərbaycanla Ermənistan arasında münasibətlər necə olursa-olsun, sən getməli və oynamalısan. Sonda sənə burda heç kim barmaqla da toxunmayacaq! Ola bilər ki, fitə bassınlar, qışqırsınlar. Dieqo Maradonanı da İngiltərəyə əllə qol vurduğu üçün fitə basırdılar. Maradona ki sağdır! Əgər Mxitaryan belə qorxursa, qoy özünə pampers alsın”.

A.Kançelskis "Arsenal” rəhbərliyinin futbolçunu cəzalandırmalı olduğunu düşünür: "Mən artıq 5 il yarım əvvəl belə söz demişəm. Onda "Spartak”da çıxış etmiş böyük futbolçu İlya Tsımbalar vəfat edəndə klub rəhbərliyi Odessadakı dəfnə getməyə qorxmuşdu. Qorxmuşdular ki, öldürərlər. Onlar açıq şəkildə bəyan etmişdilər ki, qorxurlar. Onda dedim ki, özlərinə pampers alsınlar. Sizə kim toxunacaqdı ki? İnsan istəyəndə ondan asılı olan hər şeyi edir. Əgər qorxdunsa, etiraf et ki, qorxaqsan. Mən rəhbərliyin yerində olsam Mxitaryanı peşəkar öhdəliklərə əməl etmədiyi üçün cərimələyərdim. Əgər Avropa Liqasını uduzsalar, günahkar Mxitaryandır. Çünki oyuna getməyib, komandaya kömək etməyib”.

Qeyd edək ki, Avropa Liqasının bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyununda "Arsenal” "Çelsi” ilə qarşılaşacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu