"Çelsi" - "Arsenal"ı darmadağın etdi: 4-1





Bakıda UEFA Avropa Liqasında final oyunu keçirilib. Qitənin ikinci dərəcəli klub turnirində 2018-2019 mövsümünün son matçı paytaxtımızda oynanılıb. Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi - "Çelsi" və "Arsenal" komandaları üz-üzə gəlib.
Premyer Liqanı 3-cü pillədə bitirərək, Çempionlar Liqasına vəsiqəni təmsil edən "Çelsi" mövsümü titulla başa vurmaq istəyib. "Arsenal" üçün isə Avroliqanın qalibi olmaq ikiqat önəm daşıyırdı. Çünki "topçular" yalnız bu halda növbəti mövsüm ÇL-də çıxış edə bilərdilər. Buna qədər "Sevilya"nın sükanı arxasında 3 dəfə Avropa Liqasının qalibi olan Unay Emeri "Arsenal"da da eyni uğuru təkrarlamaq arzusunda olub.
Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Avropa Liqası
Final
29 may

23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə) - 4:1

Qol: Oliviye Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Eden Hazard, 65-pen. (3:0), Ayvobi, 69 (3:1), Eden Hazard, 72 (4:1)


Paylaş

Bizi Facebookda izləyin
menu
menu