“Azərbaycan dünənki final oyununa da yüksək səviyyədə ev sahibliyi etdi” - Baş redaktor





"Azərbaycan əvvəlki oyunlarda olduğu kimi dünənki final oyununa da yüksək səviyyədə ev sahibliyi etdi”.

Bu sözləri "Sherg.az”a açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib:

"Ölkəmizin uğurlarına qısqanclıqla yanaşan qüvvələr çalışırdılar ki, qarayaxma kampaniyası aparsınlar və Azərbaycanın uğurlarına kölgə salsınlar:

"Hesab edirəm ki, Azərbaycan təbii olaraq öz qətiyyətli mövqeyini nümayiş etdirdi. Əvvəlki dövrlərdə olduğu kimi, sonuncu oyun da yüksək səviyyədə təşkil olundu. Fikrimcə, həm UEFA rəsmilərinin, həm də futbolçuların və azərkeşlərin Azərbaycana gəlişi ölkəmiz üçün böyük hadisədir. Bu səfər xarici qonaqların özləri üçün də əlamətdar idi. 

Azərbaycana gəlib ölkəmizin uğurlarını öz gözləri ilə görməkləri bizim üçün müsbət haldır. Dünyanın yüzlərlə televiziyası dünənki final oyununu yayınladı. Oyunun Bakıdan dünya ictimaiyyətinə çatdırılmasının xüsusi bir əhəmiyyəti var. Ona görə də ölkəmizin tanınması baxımından qonaqların paytaxtımıza gəlişi tariximizdə kifayət qədər önəm kəsb edən hadisə idi. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycan olduqca təhlükəsiz və qlobal dövlətdir”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu