Kanadada keçirilən hərracda fransız rəssamın əsəri alıcı tapmayıb





Fransız rəssamı Anri Matissin (1869-1954) "Qadın eyvanda oturub” (Femme assise sur un balcon) rəsm əsəri Kanadanın Toronto şəhərində keçirilən "Heffel Fine Art Auction House” hərracında alıcı tapmayıb.

AZƏRTAC CBC telekanalına istinadla xəbər verir ki, təşkilatçılar əsəri 3,8-5,8 milyon Kanada dollarına (2,8-4,3 milyon ABŞ dolları) satmağı planlaşdırırdı. Lakin hərrac iştirakçılarının təklif etdikləri maksimim məbləğ cəmi 3 milyon Kanada dollarına (2,2 milyon ABŞ dolları) bərabər olub.

Rəsm əsəri Matiss tərəfindən 1919-cu ildə Nitsa şəhərində çəkilib və uzun müddət rəssamın ailəsində saxlanılıb. "Qadın eyvanda oturub” rəssamın yağlı boya ilə kətan üzərində çəkdiyi və Kanadada hərraca çıxarılan böyük əsərlərindən biridir.

Fransız rəssamı, kitab qrafiki və heykəltəraş Anri Matiss fovizmin (fransız rəssamlığında cərəyan) liderlərindən biri olub. Onun rəsmləri Van Qoq və Pikasso ilə yanaşı, dünyanın ən bahalı əsərlərindən sayılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu