"Yenə də fikrimdə qalıram, şou-biznesdə elə müğənnilər var ki, əxlaqsızdılar"

"Gündə birinizin videosu çıxır, gündə birinizin eybi çıxır, sonra da biri-birinizə «dəstək kampaniyasına» qoşulub əxlaqsız əxlaqsızı qoruyur"



Müğənni Afət Fərmanqızı ilə meyxanaçı Aqşin Fateh arasında qalmaqal yaşanıb.
Meyxanaçının dediyi "Bəzi müğənnilər pozğundur. Ancaq bahalı maşın və evlərini nümayiş etdirirlər" ifadəsinə Afət sərt reaksiya verib.

Sənətçinin "Bu maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev necə alıbsa, o cür almışam. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, onları pozğun adlandırırlar. Yəqin pozğunluqda olanda yanında aparıblar sizi. Bəzi üzdəniraq şou nümayəndələri peyda olub. Hünəri çatırsa, ad çəksin. Mən də ad çəkməmişəm, sözü atdım, yiyəsi götürsün" sözləri Fatehi özündən çıxarıb.

Aqşin Afəti işarələyərək, onun ünvanına sərt sözlər yazıb. Meyxanaçı öz nömrəsini də instaqramda açıq paylaşıb: "Kimliyindən və sənətindən asılı olmayaraq, istər müğənni, istərsə də meyxanaçı... Allahdan başqa heç kimdən qorxum yoxdur. Dediyim hər sözün də arxasındayam. Əgər dediyim sözlər kimisə narahat edirsə, demək, hədəfinə çatıb. Millət bezdi daha bu pozğun, üzdəniraq "qadın və kişilərin" biabırçılıqlarından. Kimin sözü varsa, zəng vursun".

Aqşin Fatehlə əlaqə yaratdıq. «Şərq»ə danışan Aqşin Fateh şəxsi instaqram profilində dediyi fikirləri ilə bağlı daha ətraflı paylaşım edəcəyini də vurğuladı:

 «Görünür, o müğənninin reklama ehtiyacı var. O, nə danışdığının fərqində deyil. Ona başa salan yoxdu ki, onun bu mövzuyla bağlı bu kimi çıxışlarının axırı heç də yaxşı nəticə verməz. Mən istəmirəm açıq şəkildə nələrisə deyim. Ayıbdı. Mən Zaurun verilişində ünvanlanan suala cavab vermişəm. Cəmi bir neçə saniyə danışmışam. Orda vaxt məhdudiyyəti az olduğundan qısaca suala cavab verdim. Bu axşam öz şəxsi instaqram səhifəmdə bu sualın cavabını daha geniş, geniş bir açıqlama verəcəm. Ondan sonra görüm hansı müğənninin üzü olar ki, efirə çıxıb mənə cavab versin. Nə deyəcəklər. Yalan danışmışam, böhtan atmışam? Olanları demişəm».

Maraqlandıq ki, Aqşinin axşam paylaşacağı məlumatlar videogörüntüyə və ya hər hansısa fotolara əsaslanacaqmı? Aqşin Fateh gülərək: «İllərdi sənət aləmində olanlar gözümüzün qabağında olub. Onlarla bağlı nə görüntüyə, nə şəklə ehtiyac var. Mən gözümün şahidi olduqlarını açıb töksəm çoxlarının danışmağa üzü qalmaz. 

Rayon toylarından tutmuş, şəhər toylarına qədər müğənnilərin hansı hərəkətlərdən çıxdığının öz gözümlə şahidi olmuşamsa, bunun kənardan şahidə, videoya ehtiyacı varmı? Mənə nə izah lazımdır? Mən pomidor əkən deyiləm, xalça toxumuram ki, şou-biznesdən, bu səhnədən xəbərsiz olum, səhnə mənə yad olsun. Bunların hamısı gözümün önündə baş verib. Qaldı ki, yenə deyirəm, mənim bu açıqlamamın nədən səslənməyinə, Zaur sual verdi, mən də cavabsız qoymadım. Mənə sual verilib, mən də bildirmişəm ki, pozğun müğənnilər var ki, hər şeylərini, evlərini, maşınlarını, yedikləri yeməkləri reklam edirlər, evdə onlara baxan qız-gəlinlərimiz, uşaqlarımız da görür, onlar da o həyata maraq göstərməyə çalışır. 

Hesab edirlər ki, onlar kimi olsalar belə rahat yaşaya bilərlər. Müğənnilər az qala alt paltarlarına qədər instaqramda göstərirlər. Camaat da o dəbdəbəli həyat yaşayanları efirdə görür. Cahil insanlar var ki, baxır cah-cəhlallı ev-eşik, bahalı maşın, qır-qızıl, millət də onların başına dolanır, düşünür ki, mənim onlardan nəyim əskikdi. O müğənnidən də yaxşı oxuyaram, ondan da yaxşı görünüşüm var, mən niyə müğənni olmayım? Niyə düşmüşəm fabrikdə, sexdə canım çıxsın ki? Mən yenə deyirəm, o verilişə bir də diqqətlə baxsınlar. Mən heç kimin adını çəkib ona əxlaqsız deməmişəm. Mən dediyim hər sözümün də arxasındaym. 

Demişəm ki, bəzi pozğun müğənnilər var ki, onlar maşınlarını, evlərini, yediklərini reklam edirlər, buna baxanlar da fikirləşir ki, biz də bu cür pozğun olmalıyıq ki, belə yaşaya bilək? Orda söhbət sənəti olmayanlardan gedir. Mən artıq nə danışmışam? Bu söz kimi narahat edibsə, o insanlar qıcıqlana bilər. Bəziləri mənim bu açıqlamamdan qıcıqlanırlarsa, deməli, elə o yolla da maşın, ev əldə ediblər, uşaq deyilik ki? Kimi aldadırsız? Soğan yeməmisən için niyə göynəyir? Mən yenə də fikrimdə qalıram ki, şou-biznesdə elə müğənnilər var ki, əxlaqsızdılar. Yalan deyirəm? O müğənninin sözünə bax, deyir ki, Aqşinin bu açıqlaması sənəti gözdən salır. Ay savadsız, mən sənətdən danışıram, ya əxlaqdan? 

Mən mahnıdan, bəstədən danışmamışam, mən bəzi müğənnilərin ədəbsizliyindən, fahişəliyindən danışmışam. Deyir ad çəkim: mən ad çəkməyə başlasam, saatla vaxt lazım olar, hansının adını çəkim, hansı qalsın. Onların adları hansı siyahıya yerləşər. 

Fahişəliyin, əxlaqsızların siyahısı olur? Gündə birinizin videosu çıxır, gündə birinizin eybi çıxır, sonra da biri-birinizə «dəstək kampaniyasına» qoşulub əxlaqsız əxlaqsızı qoruyur. Adam danışanda məntiqlə danışar. Səni nə narahat edir? Soruşuram? Əxlaqsızların, fahişələrin, üzdəniraqların tərəfini tutursan. Deməli, səni narahat edirsə, bu söhbətin sənə də aidiyyəti var? 

Əgər ad istəyirsənsə, gəl otur mənimlə üz-üzə, sənə gözümlə gördüklərimin adını çəkim, hadisələr danışım. Sadəcə mən o tərbiyənin sahibi deyiləm ki, belələri ilə efirdə ağız-ağıza verim. Onların belə qalmaqallara, reklama ehtiyacı var. Onların qənimləri elə özləri kimi üzdəniraq həyasızlar, əxlaqsızlardı. Hər sözdən şou düzəltmək onlar üçün vacibdi. Əsas odu gündəmdə olsunlar. Onların əxlaqı bu qədərdi».

P.S. Xatırladaq ki, Aqşin Fateh öz şəxsi instaqram səhifəsində Afət Fərmanqızını cavabsız qoymayıb. Meyxanaçı paylaşımında Afətin arxasında duranlara da mesajını ünvanlayıb.

Tahirə Məmmədqızı


Paylaş

Bizi Facebookda izləyin
menu
menu