Putin və Ərdoğan yenə Suriyadakı vəziyyəti müzakirə ediblər






Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Trend-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Mətbuat xidmətinin məlumatında deyilir: "İdlib əyalətində vəziyyəin sabitləşdirilməsi, o cümlədən terror qruplaşçalarının zərərsizləşdirilməsi üçün birgə işin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib".

Bildirilir ki, tərəflər bir sıra ikitərəfli məsələləri, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu