“Ölkəmizdə sosial-iqtisadi elementlərin inkişafı hər zaman prioritet məsələdir” - İQTİSADÇI






Ölkəmizin sosial-iqtisadi inkişaf Azərbaycan Prezidenti İlham Əliyevinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

Hər bir uğur, nailiyyət cənab Prezidentin həyata keçirdiyi düzgün, düşünülmüş, prinsipial siyasətinin aydın təzahürüdür. İmzalanan fərman və sərəncamlar sosial-iqtisadi sahədə inkişafın təmin edilməsinə yönəlib.

İqtisadçı-ekspert Vüqar Bayramov da "Sherg.az”a açıqlamasında qeyd edib ki, ölkəmizdə sosial-iqtisadi elementlərin inkişaf etdirilməsi hər zaman prioritet məsələlərdən biri olub:

"Aparılan islahatlar göstərir ki, ölkəmiz üçün sosial təminat olduqca vacibdir. Dövlətimiz birmənalı şəkildə Azərbaycanda sosial təminatın formalaşmasına nail olmaq üçün çalışır.

Bütün bunlar nəticə etibarı ilə zaman alır. Düşünürəm ki, növbəti dövrlərdə də sosial təminat prioritet istiqamətlərdən biri kimi qalacaq. Ölkə başçısının apardığı islahatlar da bunu bir daha sübut edir”.

Yeganə Bayramova


Paylaş

Bizi Facebookda izləyin
menu
menu