“Araşdırılmalıdır” - Millət vəkili iri müəssisələrin bağlanmasından danışdı





Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iri müəssisələrin bağlanmasına toxunub.

Sherg.az-ın xəbərinə görə, deputat deyib ki, bunun səbəbləri araşdırılmalıdır.

"Bağlanan müəssisələrin monitorinqi aparılmalıdır. Çalışmaq lazımdır ki, bağlanılan müəssisələrin sayı minumuma endirilsin. Çünki müəssisələrin bağlanması iş yerlərinin itirilməsi deməkdir. Odur ki, hökumət üzvləri, müvafiq qurumlar bu məsələyə ciddi diqqət yetirməlidirlər”.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu