“S-400-ün tədarükünün gecikməsiylə bağlı yazılanar həqiqəti əks etdirmir” - Türkiyə XİN




"Son günlər bəzi media orqanlarında ABŞ-ın tələbi ilə Türkiyənin Rusiyadan aldığı "S-400” müdafiə sisteminin tədarükünün ləngitməsi haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir”.

ONA -nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Xarici İşləri Nazirliyinin mətbuat katibi Hami Aksoy açıqlama verib.

Bildirib ki, "S-400”ün tədarükü ilə bağlı proses planlaşdırıldığı vaxt üzrə davam edir: 

"Digər tərəfdən, "S-400” sisteminin "F-35”ə hər hansı zərər verə biləcəyilə bağlı ABŞ-la ortaq işçi qrupunun yaradılması təklifimiz hələ də qüvvədədir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu