Milli Məclisdə inhisara etiraz: “AZAL-ın turizmə verdiyi zərər çoxdur”




Parlamentin bugünkü iclasında deputat Fazil Mustafa turizm sektorunun zəifləməsindən danışıb.

Sherg.az-ın xəbərinə görə, millət vəkili deyib ki, gəlirlər 13 faiz azalıb:

"Gürcüstanla müqayisə etdikdə görürük ki, oradan turizm gəlirləri 600 milyon dollar çox olub. Hesab edirəm ki, inhisara son qoyulmalıdır. AZAL-ın bu sahədə verdiyi zərər daha çoxdur. İnsanlar təyyarə ilə uçmaq üçün Tiflisə və digər yerlərə gedirlər. Bu aradan qaldırılmalıdır, rəqabətlilik olmalıdır”.

F.Mustafa həmçinin kitab üzərində əlavə dəyər vergisinin (ƏDV) götürülməsini təklif edib:

"Biz kitab oxuyan cəmiyyət yaratmaq istəyiriksə ƏDV-ni götürməliyik. Gürcüstan və Türkiyədə bu götürülüb. Həmçinin dövlət büdcəsindən illik rus dili təhsilinə 100 milyon manat ayrılır. Biz bunu özəl sektorun ixtiyarına buraxmalıyıq. Niyə dövlət hesabına xarici dilin öyrənilməsinə bu qədər maliyyə xərcləməliyik. Mən rus dilinin öyrənilməsinə qarşı deyiləm, amma bu sahəni özəl sektor inkişaf etdirməlidir”.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu