Spiker nazirə səsləndi: “Gərək hər dəfə kartdan pul çıxaraq?”




Parlamentin bugünkü iclasında spiker Oqtay Əsədov ödəniş post-terminalların işləməməsindən şikayətlənib.

Sherg.az-ın məlumatına görə, Milli Məclis sədri vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, post-terminalların fəaliyyəti haqqında fikirləşmək lazımdır:

"Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, post-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, post-terminallar işləmir, nə edək? Əmək haqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu