UEFA Avropa Liqasının Bakı finalı: “Biz bu işi layiqincə bacardıq”





"Bütün dedi-qodulara rəğmən Azərbaycan növbəti idman yarışını uğurla başa çatdırdı”.

Bunu "Sherg.az”a açıqlamasında gənc politoloq Zeynal Əmralıyev deyib.

Analitik bildirib ki, ermənilər süni yaradılmış Mxitaryan ajiotajından yararlana bilmədilər:

"Bakıda onun adından istifadə edərək təxribat törətmək istəyənlərin qarşısını çox ustalıqla alındı. Minlərlə turist Azərbaycana gələrək inkişafı öz gözləri ilə gördülər.

 Bir daha sübut olundu ki, idman oyunlarından siyasi məqsəd üçün istifadə etmək doğru deyil və effektsizdir. İdman idmançıların işidir. Beynəlxalq tədbirlər zamanı ajiotaj yaratmaq artıq nəticə vermir. 

Bakıdakı final oyunu çox gözəl təşkil edilmişdi. Ən əsası isə bəzilərinin gözləntilərinin əksinə heç bir təhlükəsizlik problemi yaşanmadı. Bunlar çox müsbət hallardır. Əlbəttə, ilk dəfə idi ki, əhəmiyyətli futbol oyununa ev sahibliyi edirdik. Ancaq hər işdə əsas olan nəticədir. Nəticənin necə olduğunu isə hamı gördü. Əgər nəticə müsbətdirsə, deməli hazırlıq da yüksək olub. Biz bu işi layiqincə bacardıq”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu