“Münaqişənin həllinin dondurulmasının əsas səbəbkarı Rusiyadır” - ŞƏRH





"Qarabağın işğaldan azad olunması üçün indiyə qədər əldə olunan nəticə işğalın beynəlxalq səviyyədə tanınmasıdır. Bu da problemin gələcəkdə bizim xeyirimizə həll olunması üçün bir əsasdır”.

Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.

Ekspert bildirib ki, beynəlxalq qurumların vasitəçiliyi ilə keçirilən danışıqlarda hər hansı bir razılıq əldə olunan kimi, Rusiya dərhal Ermənistan rəhbərini Moskvaya dəvət edərək qulaqburması verir:

"Bununla da danışıqlar daha bir neçə il uzadılır. Çoxillik təcrübə göstərir ki, münaqişənin həllinin dondurulmasının əsas səbəbkarı Rusiyadır. Keçmiş sovet respublikalarının hamısında eyni ssenarini işə salan Kreml bütün tərəfləri qeyri-müəyyən vəziyyətdə saxlamaqda davam edir. 

Bütün bunları təhlil etdikdən sonra aydın olur ki, Rusiya ilə danışıqlarda onların xeyrinə güzəştə getsən, hətta rus qoşunlarını ölkəyə buraxsan belə torpaqlar işğaldan azad edilməyəcək. Problemin ədalətli həllini yalnız bir istiqamətdə mümkündür. 

Azərbaycan daha da sürətlə demokratikləşərək Avropa ölkəsinə çevirilməlidir. Sosial-iqtisadi yüksəliş, nəinki Qarabağ ermənilərini, hətta Ermənistanın da ağlını başına gətirəcək. O zaman ermənilər yenidən tərkibimizə qayıtmaq üçün qapımızı döyəcəklər”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu