Ruhani: "Yüz ilin anlaşması” əsrin uğursuz planına çevriləcək”





"Əminliklə deyə bilərəm ki, "Yüz ilin anlaşması” əsrin uğursuz planına çevriləcək”.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün Ümumdünya Qüds Günü ilə bağlı keçirilən yürüşdə jurnalistlərə açıqlamasında deyib.

Qüds gününün İran tarixində çox önəmli olduğunu bildirən H.Ruhani deyib ki, bu, müsəlmanlar üçün dünya təcavüzkarlarına qarşı mübarizə günüdür.

"Qüds gününün mesajı budur ki, Fələstin həmişə yaşayır və Qüds müsəlmanlarındır. Şübhə yoxdur ki, son qələbə Fələstinin olacaq və Fələstin torpaqları müsəlmanlar, məsihilər və yəhudilər üçün təhlükəsiz yerə çevriləcək. Düşmənlər Qüdsü sionist rejimin paytaxtı elan ediblər, dünyada bir-iki kiçik dövlətdən başqa heç kim bu qərarı dəstəkləmədi”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu