Petro Poroşenko Avropa həmrəyliyi partiyasının sədri seçilib





Ukraynanın beşinci Prezidenti Petro Poroşenko yeni yaratdığı Avropa həmrəyliyi partiyasının sədri seçilib.

AZƏRTAC xəbər verir ki, partiyanın bu gün keçirilən təsis qurultayında səsvermə nəticəsində quruma sədrlik Poroşenkoya həvalə edilib.

Qeyd edək ki, mayın 24-də Petro Poroşenkonun Bloku adını dəyişərək Avropa həmrəyliyi partiyası adlandırıb. Parlament seçkilərində partiyanın qərargah rəhbəri Sergey Berezenko təyin edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu