Hakim vərəqə göstərməyib: “Tottenhem” – “Liverpul” oyunu tarixə düşüb





İspaniyanın paytaxtı Madriddə keçirilən "Tottenhem” – "Liverpul” oyunu Çempionlar Liqasının tarixinə düşüb.

ONA-nın məlumatına görə, İngiltərə klublarının görüşündə hakim vərəqə göstərməyib.

Belə hadisə Çempionlar Liqasının final oyunlarında ilk dəfə yaşanıb. İndiyədək bütün finallarda ən azı bir vərəqə olub.

Matçın baş hakimi sloveniyalı Damir Skomina 24-cü saniyədə penalti qərarı versə də, 90 dəqiqə ərzində əlini cibinə salmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu