Türkiyədə güclü zəlzələ oldu



Türkiyənin Sakarya vilayətinin Hendek ilçəsində 4,7 bal gücündə zəlzələ olub. Türkiyə mətbuatı xəbər verir ki, zəlzələ İstanbul şəhəri başda olmaqla Mərmərə bölgəsində hiss edilib.

Qəndilli Rəsədxanası zəlzələnin 4,7 bal gücündə olduğunu və yerin 9,5 kilometr dərinliyində qeydə alındığını bildirib.

İnsanlar qorxaraq küçələrə axışıblar, böyük panika yaşanıb.

Hələlik dağıntılar və yaralananlarla bağlı heç bir məlumat yoxdur.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu