Yevlaxda iki azyaşlı dərmandan zəhərlənib




Yevlaxda bir ailənin iki azyaşlı uşağı dərmandan zəhərlənib.

ONA -nın Mingəçevir bürosunun məlumatına görə, Yevlax şəhərində iki azyaşlı halsız vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin müayinələr zamanı onların dərmandan zəhərləndiyi məlum olub.

Yaxınlarının bildirdiyinə görə, uşaqlar ehtiyatsızlıqdan evdə olan "Valerian” preparatını içiblər.
Tibbi müdaxilədən sonra uşaqların həyatına təhlükə sovuçub. Durumu stabilləşən uşaqlar bir müddət sonra ambulator müalicə üçün evə buraxılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu