Futbol eksperti: “Çelsi”- “Arsenal” oyununun təşkili əla idi”





İngiltərənin ən məşhur futbol ekspertlərindən biri Brayan Uirli bu gün səhər saatlarında BBC-yə açıqlama verib.

"Sherg.az” xəbər verir ki, o açıqlamasında bunları deyib:

"Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat idi. Madrid əsl cəhənnəm oldu. 

Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdı. 

Mən və İngiltərədən "Çelsi”- "Arsenal” oyununu seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarşılaşmaya ev sahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu