Deputat: “Növbəti zərbəmiz daha sarsıdıcı ola bilər” – Düşmən təlaşda !





Ermənistan Parlamenti 2016-cı ildə baş vermiş dörd günlük "aprel döyüşlərində” Azərbaycan ordusu tərəfindən aldıqları sarsıdıcı zərbələr nəticəsində yaşadıqları məğlubiyyətin səbəblərini nəzərdən keçirmək üçün komissiya yaradıb.

Bu barədə Ermənistan parlamentinin sədri Ararat Mirzoyan bildirib. O qeyd edib ki, 47 deputatın tələbi ilə bu məsələ səsə qoyuldu:

"2016-cı ilin aprel hadisələrindəki hərbi əməliyyatları analiz etmək üçün komissiyanı yaratdıq. Bu komissiyanın missiyası ölkənin milli təhlükəsizliyi və milli müdafəsini müəyyən etməkdir.
Hətta may ayının 20-də baş nazir Nikol Paşinyan da 2016-cı ilin aprel döyüşləri ilə bağlı sualları analiz etməklə bağlı göstəriş verib, məqsəd isə həssas suallara cavab tapmaqdır”.

Baş verənləri "Sherg.az”a dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, aprel döyüşlərindən dərhal sonra Serj Sarkisyanın prezidentiliyi dövründə erməni orudusunda nə qədər generallar və hərbiçilər vəzifədən azad olundu.

Deputat bildirib ki, bütün bunlar düşmən tərəfin zəif və uğursuz olduğunu göstərir:

"Hətta aprel döyüşlərindən sonra cinayət işi qaldırıldı və bəzi vəzifə sahibləri cəzalandırıldı. Yəni, uzun illər ərzində xəyalən "məğlubedilməz” adı qazanmış erməni ordusunun sabun köpüyü olduğunu Azərbaycan üzə çıxardı. İndi məqsəd ondan ibarətdir ki, səhvlərini, zəif yerlərini analiz etsinlər və nə üçün məğlub olduqlarını araşdırsınlar. 

Əlbəttə, aprel döyüşləri ilə bağlı ali baş komandanımızın rəhbərliyi altında çox ciddi analizlər aparıldı. Ermənilər nəyi götür-qoy edib analizlər edirlərsə, etsinlər fakt göz qabağındadı. Azərbaycan sübut etdi ki, ordumuz onların ordusundan yüz dəfə güclüdür. 

Növbəti zərbəmiz daha sarsıdıcı ola bilər. İşğalçı Ermənistan orudusu darmadağın edilib ərazilərimizdən çıxarılacaq”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu