Yaşayış binasında yanğın




Bakıda yaşayış binasında yanğın olub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, M.F.Axundov küçəsi 150 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda qeyd olunur ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata əsasən, yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır. Hazırda yanğının yayılmasının qarşısı alınıb, digər zəruri tədbirlər davam etdirilir.
Yaşayış binasında baş verən yanğın artıq söndürülüb.
Əlavə məlumat veriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu