“Azərbaycan və Türkiyə Naxçıvanın blokadasını aradan qaldıra bilər” - AKTUAL





"Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlər Ermənistana mesajdır”

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, Ermənistanla aparılan danışıqlar gözlənilən nəticəni vermir:

"Rəsmi İrəvan Vaşinqton danışıqlarında maraqlı deyil. Ermənistan daxilində klanlar arası mübarizə Paşinyanı danışıqlara getməkdən çəkindirir. Hazırda Paşinyan özü "Qarabağ klanı”nı torpaqların "verilməsində” ittiham edir. İndiki halda Ermənistanda inqilab hakimiyyətindən danışıqlar prosesində real nəticələr gözləməyə dəyməz. 

Hərbi gücə üstünlük verməliyik. Erməni tərəfi Naxçıvan istiqamətində Rusiya-Ermənistan birgə qoşun birləşməsini mütəmadi təlimlərə çıxarır. Birləşmənin erməni komandanı təxribatçı açıqlamalar verir. Təbii ki, bu istiqamətdə ordumuzun Türkiyə ilə birgə keçirdiyi "Sarsılmaz qardaşlıq” taktiki döyüş atışlı təlimi işğalçıya mesajdır. 

Əgər, Ermənistan Naxçıvan istiqamətində təxribat həyata keçirərsə, layiqli cavabını alacaq. Hətta Azərbaycan və Türkiyə birlikdə Naxçıvanın blokadasını da aradan qaldıra bilər. Bununla da Qarabağa quru yol təmin edilər”.

Ekspertin sözlərinə görə, rəsmi Bakı ilk növbədə Qərblə ciddi danışıqlar aparılmalıdır:

"Qərb işğalçı ölkə ilə Azərbaycanı eyni gözdə görür. Qərb ölkələrinin bir sıra özəl şirkətləri Qarabağda fəaliyyət göstərir. Buna imkan verməmək üçün mütəmadi lokal əməliyyatlar keçirməliyik. İşğal olunmuş ərazilərdə təhlükəsizlik böhranı yaratmalıyıq. İşğalçının infrasturukturları məhv edilərsə, nə xarici şirkətlər bölgəyə gələr, nə də ermənilərin orada məskunlaşması reallaşar. Moskvada "Lavrov planı”, Qərb ölkələrinə məxsus şəhərlərdə isə "Madrid prinsipləri” üzrə danışıqlar gedir. Belə şəraitdə istənilən nəticə əldə oluna bilməz”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu